...

Boks millimiz Sofiyada beynəlxalq turnirdə mübarizə aparacaq

İdman Materials 20 Fevral 2026 13:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 23-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək.

Trend xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər heyəti ilin ilk beynəlxalq sınağında Bilalhəbaşi Nəzərov (50 kq), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hər üçü 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hər üçü 60 kq), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hər üçü 65 kq), Murad Allahverdiyev (80 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.

35 ölkədən 400-dək boksunun iştirakı gözlənilən turnirdə ölkəmizi hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Qeyd edək ki, yarışın püşkü fevralın 22-də atılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti