...

Almaniya Kansleri Fridrix Merts CDU-nun sədri vəzifəsinə yenidən seçildi

Dünya xəbərləri Materials 21 Fevral 2026 00:37 (UTC +04:00)
Almaniya Kansleri Fridrix Merts CDU-nun sədri vəzifəsinə yenidən seçildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Kansleri Friedrich Merz lideri olduğu Xristian Demokratlar İttifaqının (CDU) sədri vəzifəsinə yenidən seçilib.

Trend xəbər verir ki, F.Merts partiyasının Ştutqart şəhərində keçirilən qurultayında səlahiyyətli nümayəndələrin 91 faizindən bir qədər çox səsini toplayıb.

Qurultayda Almaniyanın sabiq Kansleri (2005-2021), 2000-2018-ci illərdə CDU-ya rəhbərlik etmiş Angela Merkel də iştirak edib.

Almaniyanın ən güclü siyasi partiyalarından olan mərkəz-sağ mövqeli CDU 1945-ci ildə təsis olunub. Partiya federal hökumətdə ən çox yer alan siyasi qüvvə kimi Almaniyanın siyasətində dominant rol oynamaqdadır. Almaniya Federativ Respublikasının təsis olunduğu 1949-cu ildən indiyədək ölkəyə rəhbərlik etmiş 6 Kansler və 6 Prezident CDU-nun üzvləri olub. F.Merts 2022-ci ildə partiyanın sədri, 2025-ci il mayın 6-da isə Almaniyanın Federal Kansleri seçilib.

Xəbər lenti

Xəbər lenti