...

Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirildi

Maraqlı Materials 20 Fevral 2026 21:44 (UTC +04:00)
Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XXI turun daha bir qarşılaşması baş tutub.

Trend-in məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi xallarının sayını 31-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Qəbələ” isə 15 xalla 10-cu sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti