Bakı. Trend:
İcarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sanço karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Borussiya" ingiltərəli vingeri heyətinə qatmaq variantını nəzərdən keçirir. Sanço müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur. Onun "qırmızı şeytanlar"la müqaviləsi yayda başa çatır. Dortmund təmsilçisi mövsümün sonunda azad agent statusunda olacaq 25 yaşlı futbolçunu rənglərinə bağlamaq üçün yaxın zamanda danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verilib.