...

Azərbaycanda xam neft hasilatı azalıb

İqtisadiyyat Materials 20 Fevral 2026 19:19 (UTC +04:00)
Azərbaycanda xam neft hasilatı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və ya 2,4% azdır.

Dövr ərzində xam neft hasilatının 2,248 milyon tonunu əmtəəlik xam neft təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 53 min ton və ya 2,3% azdır.

Ümumilikdə, hesabat ayında ölkənin mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,4 faiz artıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti