Bakı. Trend:
Yaponiya Azərbaycanla İKT sahəsində yeni əməkdaşlıq müqavilələrinin imzalanmasına ümid edir.
Bu barədə Trend-ə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən mərasim çərçivəsində bildirib.
"Keçən il Azərbaycan və Yaponiya informasiya və kommunikasiya texnologiyaları sahəsində anlaşma memorandumu imzaladılar. İnanıram ki, gələcəkdə ölkələrimiz arasında bu sahədə daha çox əməkdaşlıq müqavilələri imzalanacaq.
Ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə daha da genişlənəcək", - sədir deyib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 20,954 milyon dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon dollar və ya 20,7 faiz azdır.
