Bakı. Trend:
Real Madridin mərkəz müdafiəçisi Din Heysen zədə alıb.
Trend xəbər verir ki, Madrid klubu futbolçunun sağ ayağının baldır əzələsində zədə diaqnozu qoyulduğunu açıqlayıb.
“Real” bərpa müddətini rəsmi olaraq açıqlamayıb.
Müdafiəçi CA Osasuna ilə oyun ərəfəsində narahatlıq səbəbindən məşq etməyib və Pamplonada keçiriləcək İspaniya çempionatı matçını buraxacaq. Bununla belə, klub futbolçunun Çempionlar Liqasında SL Benficaya qarşı cavab görüşünə qədər sağalacağına ümid edir.
Qeyd edək ki, Heysenin zədəsi ciddi deyil və onun 5–7 gün meydanlardan kənarda qalacağı bildirilir.
