Bakı. Trend:
Amerika şirkəti "Tesla" “Cybertruck” elektrik pikapının daha əlverişli versiyasını təqdim edib və eyni zamanda ən bahalı modifikasiyası olan “Cyberbeast”ın qiymətini azaldıb.
Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yeni “Cybertruck” iki mühərrikli və tam ötürücülü modeldir. Onun qiyməti 59 990 dollar təşkil edir. Şirkət bu versiyanı pikap modelləri arasında “ən əlverişli” variant kimi təqdim edir.
“Cyberbeast” modelinin qiyməti isə 114 990 dollardan 99 990 dollara endirilib.
Bununla belə, bu versiya artıq əvvəllər təklif olunan “Supervised Full-Self Driving” (FSD) sürücü yardım sistemi və “Supercharger” şəbəkəsinə pulsuz girişi əhatə edən “Luxe Package” ilə birlikdə təqdim olunmur. Sözügedən paket ötən ilin avqust ayında qiymət artımı ilə birlikdə əlavə edilmişdi.
