...

“Atletik Bilbao” “Elçe”ni məğlub etdi

İdman Materials 21 Fevral 2026 03:33 (UTC +04:00)
“Atletik Bilbao” “Elçe”ni məğlub etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya çempionatının 25-ci turunda "Atletik Bilbao" "Elçe"ni 2:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, Qorka Quruzeta 64-cü dəqiqədə hesabı açıb. Beş dəqiqə sonra Andre Silva penalti zərbəsi ilə bərabərlik qolunu vurub. Quruzeta 89-cu dəqiqədə ikinci dəfə fərqlənərək ev sahiblərinin qələbəsini təmin edib.

25 turdan sonra “Atletik” 34 xalla səkkizinci pillədə qərarlaşıb, 25 xala malik “Elçe” isə 16-cı yerdədir. Növbəti turda “Elçe” "RCD Espanyol"la, "Atletik Bilbao" isə "Rayo Valyekano" ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti