Bakı. Trend:
ABŞ ordusu 25 özəl şirkət tərəfindən kütləvi istehsal üçün müsabiqəyə təqdim edilən kamikaze dronlarının prototiplərini sınaqdan keçirməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Sınaqlar ABŞ-nin Corciya ştatında yerləşən Fort Benning Ordu Bazasında keçirilir.
Məqalədə bildirilir ki, martın əvvəlinə qədər davam edəcək testlər ABŞ-nin Ukraynadakı müharibədən dərs çıxarmağa çalışdığı bir vaxtda kiçik və ucuz dronları, eləcə də onların istehsalçılarını qiymətləndirməyə imkan verəcək.
Qeyd olunur ki, sınaqlar başa çatdıqdan sonra qalib prototiplər 150 milyon dollarlıq sifariş almaq imkanı əldə edəcək.
