Bakı. Trend:
Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını bloklayıb.
Trend xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanındakı daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib və son anda Aİ büdcəsinin təminatı altında birgə borcun buraxılmasına veto qoyub.
Qeyd olunur ki, belə bir qərarın qəbul edilməsi Avropa İttifaqının bütün 27 üzvünün yekdil dəstəyini tələb edir.
