...

Bir sıra ölkələrdə “Steam” platformasında nasazlıqlar qeydə alındı

Dünya xəbərləri Materials 21 Fevral 2026 05:56 (UTC +04:00)
Bir sıra ölkələrdə “Steam” platformasında nasazlıqlar qeydə alındı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə ölkədə "Steam" platformasının işində fasilələr müşahidə olunub.

Trend xəbər verir ki, bunu "Downdetector" portalının məlumatları göstərir.

Məlumata görə, ən çox şikayət Almaniyadakı istifadəçilərdən daxil olub – 12 mindən çox müraciət qeydə alınıb. Minlərlə şikayət ABŞ, Böyük Britaniya, Polşa və Türkiyədən də daxil olub.

İstifadəçilərin 65 faizi sayta qoşulmaqda çətinlik çəkdiyini, 9 faizi sinxronizasiya problemləri ilə üzləşdiyini, 25 faizi isə şəxsi hesablarına daxil ola bilmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti