Bakı. Trend:
ABŞ Şərqi Sakit Okean bölgəsində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmini vurub.
Trend xəbər verir ki, bu barədə United States Southern Command məlumat yayıb.
Komandanlığın X sosial şəbəkəsindəki açıqlamasında bildirilib: “Kəşfiyyat gəminin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə olunduğunu təsdiqlədi”.
Hücum nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
