...

Azərbaycan nefti ucuzlaşdı

Energetika Materials 21 Fevral 2026 09:39 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşdı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,58 ABŞ dolları və ya 0,8% azalaraq 72,20 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar və ya 0,83% ucuzlaşaraq 69,55 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,36 dollar və ya 0,85% azalaraq 41,77 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,6 dollar və ya 0,82% azalaraq 72,16 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti