...

Azərbaycanda istehlak bazarı 5%-ə yaxın böyüyüb

İqtisadiyyat Materials 21 Fevral 2026 11:30 (UTC +04:00)
Azərbaycanda istehlak bazarı 5%-ə yaxın böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat olub.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz çoxdur.

Məlumata görə, ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,7 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 6,5 milyard manata bərabər olub, onun 45,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 660,2 manat və ya 2025-ci ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 59,4 manat çox vəsait xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti