Bakı. Trend:
Türkiyə millisinin və "Borussiya"nın(Dortmund) yarımmüdafiəçisi Salih Özcan karyerasını harada davam etdirəcəyinə hələ ki qərar verməyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu “Yuventus”, “Milan” və "Marsel" klublarının maraq dairəsindədir.
Lakin Özcan konkret addım atmağa tələsmir. "Borussiya" özü də onun müqavilə müddətini artırmağa çalışır.
28 yaşlı futbolçunun almanlarla müqavilə müddəti mövsümün sonuna qədər idi. Onun daha çox "Yuventus"da oynamağa müsbət yanaşdığı iddia olunur.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində "Köln", "Holşteyn Kiel", "Volfsburq" komandalarında oynayıb.
