...

Azərbaycanda ictimai iaşə dövriyyəsi 10%-ə yaxın artıb

İqtisadiyyat Materials 21 Fevral 2026 11:45 (UTC +04:00)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 10%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 219,2 milyon manat olub.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 109,1 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti