...

Yaponiyada quş qripinə görə 560 minə yaxın toyuq məhv ediləcək

Dünya xəbərləri Materials 21 Fevral 2026 08:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın İvate prefekturasının hakimiyyət orqanları yerli fermada quş qripi epidemiyası aşkar edildikdən sonra təxminən 560 min toyuğun məhv ediləcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Məlumata görə, epidemiya Kaneqasaki kəndində yerləşən quşçuluq fermasında aşkarlanıb.

Bildirilib ki, görülən tədbirlərə baxmayaraq, Yaponiyada quş qripinin yayılması müntəzəm xarakter daşıyır. Hər payız və qış mövsümündə milyonlarla yoluxmuş toyuq məhv edilir.

Xəbər lenti

Xəbər lenti