...

ABŞ-də ÜDM artımı IV rübdə gözləntilərdən aşağı oldu

Turizm Materials 21 Fevral 2026 08:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin dördüncü rübündə ABŞ iqtisadiyyatında artım tempi proqnozlardan daha aşağı olub.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Departamenti məlumat yayıb.

Bildirilib ki, üçüncü rübdə ÜDM 4,4 faiz artdığı halda, növbəti rübdə bu göstərici cəmi 1,4 faiz təşkil edib. İqtisadçılar isə 3 faizlik artım proqnozlaşdırırdılar.

Zəif iqtisadi nəticənin əsas səbəbi kimi hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması – şatdaun göstərilir.

Xəbər lenti

Xəbər lenti