...

NASA Artemis-2 missiyasını martda həyata keçirə bilər

Dünya xəbərləri Materials 21 Fevral 2026 09:20 (UTC +04:00)
NASA Artemis-2 missiyasını martda həyata keçirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Aerokosmik Agentliyi NASA Artemis-2 missiyasını martda həyata keçirə bilər.

Trend xəbər verir ki, bu barədə NASA-nın sözçüsü Lori Qleyz məlumat verib.

“Qış simulyasiyaları uğurla başa çatdığı üçün biz martın 6-da raketi buraxa bilərik. Lakin bu tarix hər an dəyişilə bilər” – deyə Qleyz vurğulayıb.

Start Florida ştatındakı Kanaveral burnundan həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ-nin ilk astronavtları Aya ilk dəfə təxminən 50 il əvvəl ayaq basıblar. Artemis-2 missiyasında isə Yerin təbii peykinə eniş planlşdırılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti