...

Naxçıvanda içməli su təchizatı təkmilləşdirilir: yeni qurğular tikiləcək

Cəmiyyət Materials 21 Fevral 2026 12:12 (UTC +04:00)
Naxçıvanda içməli su təchizatı təkmilləşdirilir: yeni qurğular tikiləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Belə ki, 2026-2029-cu illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aşağıdakı tədbirləri həyata keçirməlidir:

  • Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
  • Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
  • Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması;
  • Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi;
  • İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti