...

Azərbaycanda noutbukların istehsalı azalıb

İqtisadiyyat Materials 21 Fevral 2026 12:02 (UTC +04:00)
Azərbaycanda noutbukların istehsalı azalıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2026-сı ilin yanvar ayında 22,9 milyon manatlıq məhsul istehsal olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilən aylıq statistikada qeyd olunub.

Bildirilir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,7 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 53,2 faiz artıb.

Ötən ayın eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə noutbukların istehsalı 94,2 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı isə 2,1 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti