...

İranın şimalında güclü zəlzələ baş verdi

Dünya xəbərləri Materials 21 Fevral 2026 09:45 (UTC +04:00)
İranın şimalında güclü zəlzələ baş verdi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla 08:39-da İranın şimalında yerləşən Gilan vilayətinin Lahican rayonunun Rudbone şəhəri ətrafında 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, 29 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Zəlzələ tam şəkildə hiss olunduğuna görə insanlar binaları tərk edib və təşviş yaranıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti