...

Azərbaycanda nə qədər damazlıq mal-qara var?

İqtisadiyyat Materials 21 Fevral 2026 12:19 (UTC +04:00)
Azərbaycanda nə qədər damazlıq mal-qara var?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 23,9 min baş iribuynuzlu mal-qara, 17,4 min baş qoyun və keçi mövcud olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilən aylıq statistikada qeyd olunub.

Bildirilir ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 6,9 min baş iribuynuzlu mal-qara, 4,0 min baş qoyun və keçi satıb.

2025-ci ildə 174,6 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti