...

Almaniya klubu futbolçusu üçün "Mançester Siti"dən 65 milyon avro tələb edir

İdman Materials 21 Fevral 2026 17:08 (UTC +04:00)
Almaniya klubu futbolçusu üçün "Mançester Siti"dən 65 milyon avro tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Siti" almaniyalı futbolçunu transfer etmək istəyir.

Məlumata görə, klub 22 yaşlı son cinah müdafiəçisinə 65 milyon avro qiymət qoyub. "Mançester Siti" bu məbləği ödəməyə razılaşsa, keçid baş tuta bilər.

Qeyd edək ki, "Ayntraxt" Nataniel Braunu 2024-cü ilin yanvarında "Nürnberq"dən 3 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti