...

Dembele PSJ-yə kömək edə bilməyəcək

İdman Materials 21 Fevral 2026 16:12 (UTC +04:00)
Dembele PSJ-yə kömək edə bilməyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin liderlərindən olan Usaman Dembele sıradan çıxıb.

Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının "Monako" ilə ilk pley-off oyununda baldır əzələsindən zədə alıb. 28 yaşlı hücumçu bir neçə gün fərdi qaydada məşq edəcək.

Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 25 rəsmi matçda 111 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti