...

Premyer Liqa nəhəngləri Mane üçün mübarizə aparır

İdman Materials 21 Fevral 2026 13:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Vulverhempton"un futbolçusu Mateus Mane Premyer Liqada klubunu dəyişə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, nəhəng klublar ingiltərəli oyunçunun xidmətində maraqlıdır.

"Mançester Yunayted", "Arsenal" və "Liverpul" Maneni yayda transfer etməyə çalışacaq. Klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 50 milyon funt-sterlinq tələb edəcək.

Qeyd edək ki, 2024-cü ilin martında "Vulverhempton"un akademiyasına qoşulub. İngiltərə U-18 millisinin üzvü bu mövsüm Premyer Liqada meydana çıxdığı 16 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti