Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs Zabrat qəsəbəsində yerləşən market, eləcə də üç evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları talayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyən
edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddət
müşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdən
sonra mağaza və evləri talayıb.
Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektrik
naqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum
olunmuş 45 yaşlı R.Poladov da saxlanılıb. Faktlar üzrə araşdırma
aparılır.
