...

Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

Dünya xəbərləri Materials 21 Fevral 2026 22:39 (UTC +04:00)
Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak çayına tullantı sularının axması səbəbindən paytaxtda fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi açıqlama yayıb.

Qərar agentliyə yerli hakimiyyət orqanlarının fövqəladə vəziyyətin nəticələrinə qarşı tədbirlərini əlaqələndirmək və əhaliyə yardım göstərmək səlahiyyəti verir.

Yanvarın ortalarında Merilend ştatında kanalizasiya borularının partlaması nəticəsində Potomak çayına 886 min kubmetr tullantı suyu axıb. Hadisə zonasından aşağı hissədə Vaşinqtonun hazırda fəaliyyətini dayandırmış suqəbuledici qurğuları yerləşir.

Fevral ayında ABŞ administrasiyasının rəhbəri Merilenddə böyük ekoloji fəlakətin baş verdiyini bildirərək ştat rəhbərliyini səriştəsizlikdə ittiham edib.

Xəbər lenti

Xəbər lenti