Bakı. Trend:
"Milan"ın futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, "Arsenal" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London nəhənginin baş məşqçisi Mikel Arteta Leaonun oyununu bəyənir. "Arsenal" 26 yaşlı oyunçu üçün artıq İtaliya klubu ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən 49 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.