...

Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırdı

Dünya xəbərləri Materials 21 Fevral 2026 20:48 (UTC +04:00)
Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırdı

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp qlobal idxal rüsumunun artırıldığını açıqlayıb.

Trend xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.

Onun sözlərinə əsasən, ABŞ Ali Məhkəməsinin tərəfindən tariflərlə bağlı qərarın geniş və ətraflı təhlilindən sonra 10 faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə yüksəldilib.

ABŞ prezidenti əlavə edib ki, yaxın aylarda administrasiya yeni və qanuni tarifləri müəyyən edib tətbiq edəcək.

Xəbər lenti

Xəbər lenti