...

Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq - Siyarto

Dünya xəbərləri Materials 22 Fevral 2026 14:44 (UTC +04:00)
Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq - Siyarto

Bakı. Trend:

Macarıstan Ukrayna "Drujba" boru kəməri ilə neft tədarükünü bərpa edənə qədər Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq.

Trend-in məlumatına görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkəsində yazıb.

"Sabahkı iclasda Aİ Xarici İşlər Nazirləri Şurası [Rusiyaya qarşı] 20-ci sanksiya paketini qəbul etmək niyyətindədir. Macarıstan buna blok edəcək. Ukrayna "Drujba" boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edənə qədər Kiyev üçün vacib qərarların qəbul edilməsinə imkan verməyəcəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti