...

2025-ci il Ukrayna üçün həqiqətən də çətin bir il oldu - Aleksandr Sırski

Dünya xəbərləri Materials 22 Fevral 2026 02:35 (UTC +04:00)

Bakı. Trend:

Ukraynadakı müharibə hələ dalana dirənməyib. Bu, Rusiyanın itkiləri və Ukrayna ordusunun hücum əməliyyatları ilə bağlıdır.

Trend xəbər verir ki, bu fikri “Le Monde” kanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski söyləyib.

Onun sözlərinə görə, müharibə hələ dalana dirənməyib. 2025-ci ildə ərazilər əldən-ələ keçməyə davam edib və döyüşlər bütün cəbhələrdə - quruda, havada və dənizdə davam edib.

“Rusiya 2025-ci ildə 406 min əsgəri səfərbər etsə də ümumi itkilər, ölən və yaralananların sayı təxminən 418 min əsgər təşkil edib”, - deyə baş komandan bildirib.

Sırski əlavə edib ki, 2025-ci il Ukrayna üçün həqiqətən də çətin bir il olub, lakin Müdafiə Qüvvələri təkcə düşməni, xüsusən də Pokrovsk sektorunda saxlamağı deyil, həm də hücum əməliyyatları aparmağı bacarıb.

Xəbər lenti

Xəbər lenti