Bakı. Trend:
Beşqat "Qızıl top" mükafatının sahibi və "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı futbol çempionatından ayrılmaq niyyətində deyil.
Trend-in məlumatına görə, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsində yazıb.
"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada yaşamağa davam etmək istəyirəm. Bu, məni, ailəmi və dostlarımı isti qarşılayan bir ölkədir. Burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə K.Ronaldo bildirib.
Qeyd edək ki, futbolçunun "Əl-Nasr"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
