...

Nigeriyada silahlı şəxslərin həyata keçirdiyi hücum zamanı 38 nəfər həyatını itirdi

Dünya xəbərləri Materials 22 Fevral 2026 01:56 (UTC +04:00)

Bakı. Trend:

Silahlıların Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yerləşən bir kəndə basqını nəticəsində 38 nəfər öldürülüb.

Trend yerli mediaya istinadla xəbər verir ki, bu barədə şənbə günü polis və yerli rəsmilər məlumat veriblər.

Zamfara və digər ştatlarda pul müqabilində adam oğurluğu halları artıb. Silahlı dəstələr və ekstremist qruplaşmalar kəndlərə hücum edir, sakinləri qətlə yetirir, evləri talan etdikdən sonra yandırırlar.

Qeyd olunur ki, silahlı quldur dəstələri yaxınlıqdakı meşələrdə gizlənirlər.

Nigeriyada ekstremist qrupların hücumları nəticəsində 2009-cu ildən bəri 40 mindən çox insan həlak olub və iki milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.

Xəbər lenti

Xəbər lenti