...

Ramazan ayının 5-ci gününün duası - İmsak və iftar vaxtı

Cəmiyyət Materials 22 Fevral 2026 19:55 (UTC +04:00)
Ramazan ayının 5-ci gününün duası - İmsak və iftar vaxtı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Ramazan ayının beşinci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 23-də Bakıda imsak saat 05:59-da, iftar isə saat 18:39-dadır.

Ramazan ayının 5-ci gününün duası:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti