Bakı. Trend:
Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun “Gəncə” – “Sabah” final oyunu keçirilib.
Trend xəbər verir ki, həlledici qarşılaşmaya üstün başlayan “Sabah” oyunun sonlarına doğru üstünlüyünü qoruya bilməyib.
Görüşün taleyini son dəqiqələrdə həll edən “Gəncə” rəqibini 89:82 hesabı ilə məğlub edərək klub tarixində ikinci dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
Finalın ən dəyərli oyunçusu (MVP) isə “Gəncə”nin basketbolçusu Cervis Qarret seçilib.
