Bakı. Trend:
İtaliyada keçirilmiş 2026-cı il Qış Olimpiya Oyunlarının son medalçıları müəyyənləşib.
Trend xəbər verir ki, kişilər arasında hokkey turnirinin final qarşılaşmasında ABŞ millisi Kanada yığmasını əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə amerikalılar 46 ildən sonra ilk dəfə Olimpiya çempionu titulunu qazanıblar.
Qeyd edək ki, bu qələbə ABŞ hokkey millisinin tarixində üçüncü Olimpiya qızılı olub.
