...

Çin yeni nüvə silahı növü hazırlayır

Dünya xəbərləri Materials 22 Fevral 2026 07:55 (UTC +04:00)

Bakı. Trend:

ABŞ kəşfiyyat qurumları Çinin nüvə arsenalının modernləşdirilməsi çərçivəsində yeni nəsil nüvə silahı hazırladığını və ən azı bir sınaq həyata keçirdiyini düşünür.

Trend xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər yayıb.

Bildirilir ki, nüvə arsenalına yatırılan sərmayələr nəticəsində Çin aparıcı nüvə dövlətlərinin malik olmadığı bəzi texniki imkanlar əldə edə bilər.

Məlumata əsasən, 2020-ci ilin iyununda ölkənin şimal-qərbində yerləşən Lop-Nur sınaq poliqonunda test keçirilib.

ABŞ kəşfiyyatının qənaətinə görə, həmin sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq planı ilə əlaqəli olub.

Xəbər lenti

Xəbər lenti