Bakı. Trend:
ABŞ İranın uranın zənginləşdirilməsindən imtina etməsində israr edir. Bu, Vaşinqtonun danışıqlardakı "qırmızı xətti"dir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
"Biz ora getməzdən əvvəl, [ABŞ Prezidenti Donald Tramp] mənə və Cared [Kuşnerə] göstərişlər verdi, qırmızı xətlər göstərdi - zənginləşdirməyə ehtiyac yoxdur, bütün materialları götürməliyik", - deyə o qeyd edib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi iddia edib ki, bir həftə ərzində Tehran nüvə bombası yaratmaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirilmiş urana sahib olacaq. O əlavə edib ki, ABŞ prezidenti İranın təzyiqə və və ABŞ hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinə baxmayaraq "təslim olmaq istəməməsi" təəccüblənir.