Bakı. Trend:
Qrenlandiya ABŞ xəstəxana gəmisini qəbul etmək istəmir.
Trend-in məlumatına görə, bu barədə Qrenlandiya hökumtənin rəhbəri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın Qrenlandiya sakinlərinə tibbi yardım göstərmək üçün adaya xəstəxana gəmisinin göndəriləcəyi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
"Biz tərəfindən bu rədd ediləcək. Prezident Trampın Amerika xəstəxana gəmisini buraya, Qrenlandiyaya göndərmək ideyası nəzərə alınıb. Amma bizim dövlət səhiyyə sistemimiz var və vətəndaşlar üçün müalicə pulsuzdur. Bu, şüurlu bir seçimdir, cəmiyyətimizin fundamental bir hissəsidir", - deyə siyasətçi "Facebook" səhifəsində yazıb.
Nilsen həmçinin adanın hakimiyyət orqanlarının "ABŞ ilə də daxil olmaqla, həmişə dialoqa və əməkdaşlığa açıq olduğunu" aydınlaşdırdı.