...

Berlində avtobus qəzası baş verdi

Dünya xəbərləri Materials 22 Fevral 2026 21:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Berlində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla saat 13:30 radələrində baş verib. İlkin məlumatlara əsasən, “VW Touran” markalı minik avtomobili yol ayrıcında avtobusla toqquşub. Zərbənin təsirindən avtobus hərəkət zolağından çıxaraq ağaca çırpılıb.

Hadisə yerinə təxminən 60 yanğınsöndürmə xidməti əməkdaşı cəlb olunub.

Mövcud məlumata görə, avtobus sürücüsü və 10 sərnişin yüngül xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti