Bakı.Trend:
“Asan indeks” qiymətləndirilməsi Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən həyata keçirilir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbirdə deyib.
Agentlik sədri qeyd edib ki, 14 il əvvəl “Asan xidmət” mərkəzləri yaranıb. Bu konsepsiyanın mahiyyəti innovasiyalarla vətəndaşlara xidmətin sintezini yaratmaqdır.
“Bu gün “Asan xidmət” modeli 30-dan artıq ölkəyə ixrac edilir”,- Ü.Mehdiyev əlavə edib.
