...

Malayziya sahillərində zəlzələ qeydə alındı

Dünya xəbərləri Materials 22 Fevral 2026 22:36 (UTC +04:00)
Malayziya sahillərində zəlzələ qeydə alındı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Santa Kruz arxipelaqının (Solomon adaları) bir hissəsi olan Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Kota Kinabalu şəhərindən təxminən 97 kilometr şimalda, zəlzələnin ocağı isə 620 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində itki və ya dağıntı barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi ilə bağlı hər hansı xəbər yoxdur.

Xəbər lenti

Xəbər lenti