...

“Kayserslautern” səfərdə qələbə qazandı

İdman Materials 23 Fevral 2026 02:31 (UTC +04:00)
“Kayserslautern” səfərdə qələbə qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada II Bundesliqanın 23-cü turu çərçivəsində növbəti oyunlar keçirilib.

Trend xəbər verir ki, heyətində azərbaycanlı hücumçu Mahir Emreli çıxış edən Kayserslautern səfərdə Proyssen Munsteri 3:2 hesabı ilə məğlub edib.

Uzun fasilədən sonra yenidən komandanın heyətinə daxil edilən Emreli 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra meydana daxil olub. Bu, hücumçunun ötən ilin noyabrından bəri ilk oyun dəqiqələri olub.

Hazırda “Kayserslautern” 37 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti