Bakı. Trend:
ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda döyüş təyyarələrinin sayını əhəmiyyətli dərəcədə artırıb.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" yazıb.
Peyk görüntüləri və ekspert qiymətləndirmələrinə əsasən, İordaniyadakı bazada azı 66 hərbi təyyarə yerləşdirilib. Onların arasında F-35 və F-15 qırıcıları, A-10 hücum təyyarələri, eləcə də EA-18G Growler radioelektron mübarizə və nəqliyyat təyyarələri var.
Səudiyyə Ərəbistanındakı bazalarda da E-3 Sentry tipli erkən hava xəbərdarlığı təyyarələri və ağır nəqliyyat təyyarələrinin sayı artıb.
Qeyd olunur ki, Vaşinqton Yaxın Şərqdə mümkün hərbi əməliyyat ssenariləri üçün geniş hava qüvvələri formalaşdırır.
