...

İtaliyada keçirilən Qış Olimpiya Oyunları başa çatdı

İdman Materials 22 Fevral 2026 22:54 (UTC +04:00)
İtaliyada keçirilən Qış Olimpiya Oyunları başa çatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarına yekun vurulub.

Trend xəbər verir ki, yarışın təntənəli bağlanış mərasimi "Arena di Verona" stadionunda baş tutub.

Azərbaycan yarışda iki idmançı ilə təmsil olunub. Slalom növündə Anastasiya Papatoma ilk enişini 59-cu sırada tamamlayıb və ümumilikdə 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.

Vladimir Litvintsev isə qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub.

Qeyd edək ki, medal sıralamasında Norveç birinci olub. İkinci pillədə ABŞ qərarlaşıb, ilk üçlüyü isə Niderland tamamlayıb.

Xəbər lenti

Xəbər lenti