Bakı. Trend:
İtaliya A Seriyası 26-cı turunda "Milan" “Parma”nı qəbul edib.
Trend xəbər verir ki, “San Siro” stadionunda keçirilən görüş qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu Mariano Troilo 80-ci dəqiqədə vurub.
26 turdan sonra 54 xal toplayan "Milan" lider "İnter"dən 10 xal geridə qalaraq ikinci yerdə qərarlaşıb. “Parma” isə 32 xalla 12-ci pillədədir.
