...

Meksikada narkokartel əməliyyatından sonra kütləvi iğtişaşlar baş verdi

Dünya xəbərləri Materials 23 Fevral 2026 00:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın bir neçə regionunda “Xalisko Yeni Nəsil” (CJNG) narkokartelinin “El Menço” ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, əməliyyat Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə cavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartel üzvləri avtomobil yollarını bağlayıblar.

Servantes “El Çapo” ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikin böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti