Bakı. Trend:
Güclü qar yağışı səbəbindən təxminən 500 sərnişin Münhen hava limanında təyyarələrdə gecələmək məcburiyyətində qalıb.
Trend xəbər verir ki, bu barədə "DPA" məlumat yayıb.
Cümə axşamı axşamı planlaşdırılan reyslər güclü qar yağması səbəbindən ləğv edilib. Bütün sərnişinlər artıq təyyarədə olub və uçuşa hazır vəziyyətdə idilər.
Münhen Hava Limanıdan verilən məlumata görə, avtobusların və boş dayanacaq yerlərinin olmaması səbəbindən sərnişinlər terminala qayıda bilməyiblər. Nəticədə sərnişinlər və heyət təyyarədən düşə bilməyib və gecəni göyərtədə keçirməyə məcbur olublar.
